Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, ABŞ və İsrail hərbi qüvvələrinin İranın ərazi bütövlüyünə, o cümlədən ada və sərhədlərinə qarşı həyata keçirdiyi hücumlarla eyni vaxtda, bu təhdidlərə qarşı mübarizə aparmaq və ölkənin müdafiəsi uğrunda hazırlığı nümayiş etdirmək məqsədilə ümumxalq səfərbərlik xarakterli "Can fəda" adlı kampaniya başladılıb.
Məlumata əsasən, sözügedən "İrana canımız fəda" adlı milli təşəbbüsə artıq 30 milyondan çox vətəndaş qoşulub və iştirakçıların sayı artan dinamika ilə yüksəlməkdə davam edir.
Qeyd olunur ki, iştirakçı sayının 30 milyonu keçməsi bu təşəbbüsün dünya miqyasında ən geniş kütləvi ictimai səfərbərlik nümunələrindən birinə çevrildiyini göstərir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyid Müctəba Hüseyni Xamenei 9 aprel 2026-cı tarixli müraciətində bu məsələyə toxunaraq bildirib ki, meydanlarda, məhəllələrdə və məscidlərdə iştirak imkanı olan vətəndaşların məsuliyyəti əvvəlkindən daha da çoxdur. O qeyd edib ki, ictimai fəallıq və kütləvi iştirak danışıqlar prosesinə təsir göstərən mühüm amillərdəndir.
Qeyd edək ki, kampaniyada iştirak etmək istəyən şəxslər janfadaa.ir internet ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Xəbərin sonu

“Can fəda” kampaniyasının iştirakçı sayı 30 milyona çatdı
Rəyiniz